Çempionlar Liqası - yarımfinal: “Borussiya” “Real”a futbol dərsi keçdi
25 Aprel 2013 13:23 İdmanAlmaniyada Dortmund "Borussiya"sı Madridin "Real" klubunu qəbul edib. Bütün proqnozların əksinə olaraq almanlar ispanları darmadağın ediblər - 4:1.
Qeyd edək ki, bir gün öncə digər yarımfinal oyununda da alman komandası "Bavariya" İspaniyanın başqa bir təmsilçisi - "Barselona"nı 4:0 hesabı ilə məğlub etmişdi.
Bu isə belə deməyə əsas verir ki, deyəsən bir həftədən sonra keçiriləcək cavab oyunlarının ardından finala iki alman klubu vəsiqə qazanacaq.
"Borussiya" (Dortmund, Almaniya) - "Real" (İspaniya) - 4:1
"Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 4:0
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31