“Heydər Əliyev kuboku-2013” beynəlxalq mini futbol turnirinə yekun vuruldu

Almaniyada "Heydər Əliyev kuboku-2013" beynəlxalq mini futbol turniri çərçivəsində ölkə üzrə milli seçim turlarına yekun vurulub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnir çərçivəsində keçirilən Almaniya yarışında müxtəlif şəhərlərdə yaşayan azərbaycanlılardan ibarət həvəskar komandalar güclərini sınayıblar. Gərgin mübarizə şəraitində keçən oyunlarda Hamburq şəhərinin "İnternational Bund" komandası qalib gələrək, turnirin ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində Bakıda keçiriləcək "Böyük Final" mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək edək ki, turnir 8 ölkədə - Böyük Britaniya, Almaniya, Avstriya, Cexiya, Rumıniya, Litva, Ukrayna və Rusiyada keçirilir. Hər bir ölkədə 8 komanda öz aralarında yarışır və qalib komanda Bakıya gələrək "Böyük Final" oyununda iştirak hüququ qazanır. "Böyük Final"ın mayın ikinci yarısı keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31