Fatih Terim fikrini dəyişdi

Üçüncü dəfə "Qalatasaray"ın baş məşqçi postuna əyləşən Fatih Terim 2-ci dəfə komandasını Çempionlar Liqasında qalib etməyi planlaşdırmışdı. Bu səbəbdən də vəzifəsində qalacağını bildirmişdi.
Lakin bu gün çıxan xəbərlərdə imperator: ""Cim-bom"la yola davam edəcəyəm" açıqlamasını verib.
Belə ki, "Qalatasaray" ilə 2 illik müqaviləsi olmasına baxmayaraq, hər mövsüm sonunda tək tərəfli olaraq yolları ayırma hüququna malik olan Terim, bir daha qalmaqdan yana qərar verib.
Xüsusilə, İtaliyadan ciddi təkliflər alan Terimin çempionluğun ardından ayrılıq qərarı alacağı danışılırdı.
Lakin təcrübəli mütəxəssisin ən böyük xəyalı və hədəfi rəhbərlik etdiyi "Qalatasaray"ın Çempionlar Liqası Kubokunu başı üzərinə qaldırmasıdır.
Terimin hədəfini reallaşdıra bilməsi üçün, bütün təklifləri rədd etdiyi və 1 il daha "cim-bom"la davam etmək qərarı aldığı ortaya çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31