Arsen Venger "Qalatasaray"ı təriflədi

London "Arsenal"ının baş məşqçisi olan Arsen Venger, İtaliya mətbuatına verdiyi açıqlamada futbol üzrə UEFA Çempionlar Liqası barədə danışıb. Siasport.az saytı xəbər verir ki, fransız futbol mütəxəssisi daha çox İstanbulun "Qalatasaray" futbol klubunun Madrid "Real"ına qarşı keçirdiyi cavab oyunu barədə fikir yürüdüb. "Qalatasaray"ın bu mövsüm Avropada uğurla çıxış etdiyini deyən A.Venger, "cim bom"un İstanbulda Madrid "Real"ına qarşı əzmkar mübarizə apardığını, kral klubunu küncə sıxdığını qeyd edib. "Arsenal"ın baş məşqçisi hesab edir ki, İstanbul klubu UEFA Çempionlar Liqasında gələn mövsüm daha böyük uğura imza ata bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31