İsrail-Azərbaycan oyununun vaxtı dəyişdirildi
İsrail Futbol Federasiyası bununla bağlı AFFA-ya müraciət edib
24 Aprel 2013 13:47 İdmanİsrail - Azərbaycan oyununun tarixi dəyişdirilib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi xəbərə görə, təqvimdə göstərildiyi kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu il sentyabrın 6-da İsrail və Azərbaycan milli komandaları qarşılaşmalı idi.
Lakin İsrail Futbol Federasiyası AFFA-ya müraciət edərək həmin tarixdə İsraildə bayram olduğunu bildirib və oyunun bir gün sonraya - sentyabrın 7-ə keçirilməsini xahiş edib.
AFFA bu müraciəti müsbət cavablandırıb. Beləliklə, İsrail - Azərbaycan oyunu sentyabrın 7-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31