Messi: "Biz çempion olmalıyıq"

"Onlar bizdən daha güclü, həmçinin də gözəçarpan fiziki üstünlüyə malik idilər". Apasport.az saytının məlumatına görə, bu sözləri "Barselona"nın hücumçusu Lionel Messi deyib.
Argentinalı futbolçu Çempionlar Liqasının ilk yarımfinal oyun günündə səfərdə "Bavariya"ya (4:0) böyük hesablı məğlubiyyəti dəyərləndirib: "Təəssüf ki, belə oldu, amma bizə sona qədər mübarizə aparmaq lazımdır. Mənim fiziki vəziyyətim yaxşıdır və özünü normal hiss edirəm. Meydanda kifayət qədər yaxşı idik. İndi bizə cavab matçında əla oyun nümayiş etdirib, lazım olan hesabı qazanmaq gərəkdir. Biz çempion olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31