AFFA 7 klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi xəbərə iclasda bəzi klublar cəzalandırılıb.
Azərbaycan Premyer Liqasının XXVII turunun "Kəpəz" - "Turan" matçında "Kəpəz"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"İnter" - "Simurq" matçında "Simurq"un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Oyunun 30-cu dəqiqəsində "Simurq"un futbolçusu Mario Bojiç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
"Bakı" - "Qarabağ" matçında "Bakı"nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Neftçi" - "Qəbələ" oyunun 65-ci dəqiqəsində "Qəbələ"nin futbolçu Aleksandr Çertoqanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib. Matçın 66-cı dəqiqəsində "Neftçi"nin futbolçusu Flaviniyoya idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.
"Xəzər Lənkəran" - "Sumqayıt" oyunun 86-cı dəqiqəsində "Sumqayıt"ın futbolçusu Taner Taktak idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Matçın 90+2-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun futbolçusu Dmitrios Sialmas əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31