"Barselona"nı darmadağın etdilər - VİDEO - FOTO VIDEO

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Münhenin "Bayern" klubu doğma divarlar arasında "Barselona" ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Almaniya klubunun bir qədər gözlənilməz qələbəsiylə başa çatıb. Hər halda çoxları "Barsa"nın bu görüşdə dörd cavabsız qolla uduzacağını gözləməzdi.

Yarımfinalın digər ilk oyunu da Almaniyada baş tutacaq və yenə ispanlar qonaq tərəf olacaq. Dortmund "Borussia"sı "Real"la qarşılaşacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal (ilk oyunlar)
23 aprel

Bayern (Almaniya) - Barselona (İspaniya) - 4:0 (1:0)
Qollar: Müller, 25; 82, Qomes, 49, Robben, 73.

24 aprel

23:45. Borussia (Dortmund, Almaniya) - Real (İspaniya)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31