FİFA prezidentinin istefa xəbəri yayıldı
23 Aprel 2013 13:42 İdmanFİFA prezidenti Yozef Blatterin saytı haker hücumuna məruz qalıb. Lent.az-ın məlumatına görə, rəsmi saytda Blatter adından korrupsiya qalmaqalları ilə əlaqədar istefaya getdiyinə dair xəbər yayılıb.
Hakerlər onu şahzadə Əli Bin Əl-Hüseynin əvəzləyəcəyini yazıblar. Artıq FİFA müvafiq orqanlara araşdırmalara başlaması xahişi ilə müraciət edib.
Qeyd edək ki, internet xuliqanları əvvəllər 2014-cü il dünya çempionatının rəsmi akkauntunu sındırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31