Rüştü Rəçbər: “Fənərbağça”nın finala çıxacağına inanıram”
22 Aprel 2013 18:46 İdman"Fənərbağça"nın Avropa Liqasının finalına yüksələcəyinə inanıram".Bunu Lent.az-a açıqlamasında "sarı-lacivərdlilər"in sabiq qapıçısı Rüştü Rəçbər deyib.Ötən il karyerasını başa vurmuş Rəçbər bildirib ki, 15 ilədək şərəfini qoruduğu klubun tarixində ilk dəfə Avroliqanın yarımfinalınadək irəliləməsi böyük uğurdur. O, "Fənər"in kuboku qazanmasını çox istədiyini də əlavə edib: "İnanıram ki, "Fənər" Portuqaliya "Benfika"sını da üstələyəcək və Hollandiyanın paytaxtı Amsterdamda keçiriləcək finala gedəcək. İnşallah, kuboku da qazanarlar. Mən bunu çox istəyirəm. Çox böyük iş gördülər. Böyük uğur nümunəsi göstərdilər. İnşallah, bunun sonunu da gətirərlər". Qeyd edək ki, Rüştü Rəçbərlə geniş müsahibə bir azdan Lent.az oxucularına təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31