"Fənərbaxça" uduzdu, "Qalatasaray" çempionluğunu elan etdi!

Futbol üzrə Türkiyə Superliqasının 30-cu turu çərçivəsində bir sıra görüşlər keçirilib. Siasport.az saytı xəbər verir ki, lider "Qalatasaray" öz meydanında debutant "Elağızıspor"u qəbul edib. Didye Droqba və Burak Yılmazın qolları ilə rəqibini 3:1 hesabı ilə məğlub edən İstanbul nəhəngi xal ehtiyatını 62-yə çatdıraraq, liderliyini bir qədər də möhkəmləndirib. Amma təkcə liderliyini möhkəmləndirmək yox, həm də ən yaxın təqibçisi olan "Fənərbaxça" ilə xal fərqini 7-ə yüksəltməyi bacarıb. "Fənərbaxça" isə səfərdə "Ankaragücü" ilə qarşılaşmada gözlənilmədən 0:2 hesablı məğlubiyyətə uğrayaraq, demək olar ki, artıq çempionluq şansını da itirməli olub. Çünki mövsümün bitməsinə 4 tur qalmış lider "Qalatasaray"la xal fərqi 7-ə yüksəlib ki, bu müddət ərzində bu fərqi aradan qaldırmaq mümkünsüzdür. Oyundan sonra keçirilən mətbuat konfransında "Fənərbaxça"nın baş məşqçisi Aykut Kocaman da etiraf edib ki, bu müddətdə "Qalatasaray"ın ardıcıl 2-3 oyun məğlubiyyət yaşayacağına inanmır. "Qalatasaray"ın rəsmi saytı da artıq öz səhifəsində azarkeşlər üçün çempionluq mahnıları yerləşdirərək, növbəti çempionluğa çox yaxın olduqlarını elan edən mətnlər yayımlayıb. "Beşiktaş" isə, "Antalyaspor"la keçirdiyi səfər oyunundan 1:4 hesablı məğlubiyyətlə geri dönüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31