Volkan Dəmirəl "Fənərbaxça" ilə yeni müqavilə imzalayacaq
19 Aprel 2013 20:54 İdmanİstanbulun "Fənərbaxça" futbol klubu komandanın qapıçısı olan Volkan Dəmirə ilə yeni müqavilə imzalamaq barədə razılıq əldə edib. Siasport.az saytı xəbər verir ki, mövsümün sonunda qolkiperlə komanda arasındakı müqavbilənin müddəti bitdiyi üçün "Fənərbaxça" prezidenti Əziz Yıldırım "Latsio" ilə İstanbulda keçirilən qarşılaşmadan əvvəl V.Dəmirəl ilə görüşərək, onu daha bir neçə il "Fənərbaxça" da forma geyəməyə razı sala bilib. Türkiyə mətbuatı xəbər verir ki, İstanbul klubu gələn ayın ilk həftəsində qolkiperlə rəsmi müqavilə imzalamağa hazırlaşır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31