Fabreqas finalda "Real" Madrid ilə oynamaq istəyir

Çempionlar Liqasında finala çıxacaqlarına əmin olan "Barselona"nın futbolçusu Sesk Fabreqas həlledici görüşdə oynamaq istədiyi klubun adını açıqlayıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, Londonun "Uembli" stadionunda baş tutacaq matçda "Real"la qarşılaşmaq istədiyini deyib: "Məncə, belə bir final tarixə keçər. Amma biz əvvəlcə yarımfinalda rəqibimiz "Bavariya" ilə oyunu düşünməliyik. Çünki bu matçlar da çox önəmlidir".
Qeyd edək ki, "Bavariya" - "Barselona" matçı aprelin 23-ü baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31