AİPS-lə müqavilə imzalanıb
19 Aprel 2013 13:12 İdmanBeynəlxalq İdman Mətbuatı Asossiasiyasının 76-cı konqresinə yekun vurulub. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, konqresin sonuncu günündə Rusiya baş nazirinin müavini Dmitri Kozak AİPS-in bayrağını Azərbaycan Mili Olimpiya Komitsəinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib. Çingiz Hüseynzadə çıxış edərək Bakını gələn il AİPS-in 77-ci konqresini yüksək səviyyədə təşkil edəcəyini qeyd edib və bütün dünyanın idman jurnalistlərini Bakıda qarşılamaqdan məmnun olduğunu bildirib. Günün sonunda gələn il AİPS konqresinin Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanıb. Müqaviləni AİPS prezidenti Cianni Merlo və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31