"Barselona" 14 futbolçu ilə yollarını ayırır
18 Aprel 2013 20:52 İdmanİspaniyanın "Barselona" futbol klubu əsas heyətdə dəyişikliklər etmək niyyətindədir.
Trend xarici KİV-ə istinadən məlumat verir ki, kataloniyalıların baş məşqçisi Tito Vilanova bir neçə oyunçunun xidmətindən imtina edərək 22 nəfərlik heyət formalaşdıracaq. "Barselona" klubunun prezidenti Sandro Rosel də təsdiqləyib ki, komandanın əsas heyətində ixtisarlar olacaq.
Yayda "Barselona" klubunun icarədə olan futbolçuları geri qayıtdıqdan sonra oyunçuların ümumi sayı 36 olacaq. Deməli, kataloniyalılar 14 futbolçunu transferə çıxaracaq. Aleksis Sançes, Viktor Valdes, David Vilya, İsaak Kuenku, Adriano, İbrahim Afellay və Andreu Fontasın klubu tərk edəcəkləri gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31