Fatih Terim “ən“ seçildi
18 Aprel 2013 20:47 İdmanFransanın "So Foot" jurnalı dünyanın gəlmiş-keçmiş ən dəyərli məşqçilərinin adlarını açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, bu siyahıda türk futboluna böyük töhfələr vermiş, hazırda "Qalatasaray"ın baş məşqçisi olan Fatih Tərim də var. Terim bu siyahıda 48-ci sırada yer alıb. Jurnal məşqçilərin yalnız öz ölkələrində deyil, ümumilkdə dünya səviyyəsində əldə etdikləri uğurları da əsas götürüb.
Bu siyahıda digər bir türk məşqçi Şenol Günəşin də adı var. 2002-ci ildə Türkiyəni dünya çempionatında 3-cü yerə çıxaran məşqçi, siyahıda 73-cü yerdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31