Türkiyə üçüncü oldu
18 Aprel 2013 15:58 İdmanOlaylar İA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2012-ci ilin transfer rəqəmləri FİFA tərəfindən açıqlanıb. Statistikaya görə, Türkiyə transferə ən çox pul xərcləyən üçüncü ölkə olub. Klublar arasında transfer dalğası gün keçdikcə daha da artır. Məlumata görə ötən il 11.552 futbolçu transferi həyata keçirilib və buna 2.5 milyard dollar pul xərclənib. 2012-ci ildə transferə ən çox pul xərcləyən ölkə İngiltərə olub. Beləki İngiltərə 314 milyon dollar, Rusiya 256 milyon dollar, Türkiyə isə 78 milyon dollar ilə ilk üçlükdə qərarlaşıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31