Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri

Aprelin 20-də "AtaBank" ASC-nın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında  ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş mini futbol turniri start götürəcək. Şirkətdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki,  yarışda müxtəlif adlarda "AtaHolding" Şirkətlər Qrupuna daxil olan şirkətlərin futbol komandaları mübarizə aparacaqlar. Artıq komandalar arasında püşkatma mərasimi keçirilib. Püşkatma mərasimində çıxış edən "AtaBank" ASC İdarə Heyətinin sədr müavini Etibar Babaşlı deyib ki, yarış Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub: "Ulu öndərimiz idmana həmişə qayğı və dəstək göstərib. Onun ölkəmizə rəhbərlik etdiyi vaxtlarda Azərbaycan dünyada bütün sahələrlə yanaşı, idmanda da böyük nailiyyətlər əldə edib. Ümummilli lider Heydər Əliyev həmişə idmançıların dostu olub və indi də bu yolu cənab İlham Əliyev uğurla davam etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31