AIPS Konqresinin Azərbaycanda keçirilməsi ilə bağlı Soçidə təqdimat ediləcək

17-18 aprel 2013-cü ildə Rusiyanın Soçi şəhərində Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS - Association Internationale de la Presse Sportive) 76-cı konqresi baş tutacaq. Hər il baş tutan Konqres bütün dünya üzrə idman jurnalistlərini bir araya gətirərək zəruri məsələlər ətrafında fikir mübadiləsi aparmağa imkan yaradır. Bundan əlavə Konqres jurnalistlər arasında əməkdaşlığın daha da gücləndirilməsinə səbəb olur.
Xatırladaq ki, ötən il Avstriyanın İnsbruk şəhərində baş tutan Konqresdə 2014-cü ildə keçiriləcək sayca 77-ci AIPS Konqresinin Bakıda təşkil olunacağı haqqında qərar verilmişdir. Cari ilə planlaşdırılan isə Konqresdə Milli Olimpiya Komitəsinin Vitse-prezidenti Çingiz Hüseynzadə və İdman Jurnalistləri Assosiasiyasının Prezidenti Eldar İsmayılov Bakıda keçiriləcək Konqres haqqında təqdimatla çıxış edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31