Messi İrina Şaykı qəzəbləndirib
17 Aprel 2013 19:50 İdman"Olaylar" İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kriştiano Ronaldonun sevgilisi İrina Şayk Yunanıstanda Messinin formasını görüb əsəbləşib.
"Real Madrid"in futbolçusu Kriştiano Ronaldonun sevgilisi İrina Şayk Yunanıstanda mükafatlandırma mərasimində iştirak edib. Mərasimdə müxbirin ona uzatdığı və imzalamsını istədiyi Messi formasını görən İrina əsəbləşib. Müxbirin suallarını cavablandırmaq üçün mikrofonu əlinə alan İrina danışmağa başlayıb və qələmlə yavaşca müxbirin başına vurub.
Xatırladaq ki, Kriştiano Ronaldo və İrina Şayk 2010-cu ilin may ayından birlikdədirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31