20 milyonluq təklif
17 Aprel 2013 20:16 İdmanİspaniyanın "Real" Madrid klubu "Sevilya"nın 20 yaşlı yarımmüdafiəçisi Joffre Kondoqbianı heyətə cəlb etmək istəyir. Publika.Az xəbər verir ki, "Kral klubu" fransalı futbolçunun transferinə 20 milyon avro ödəməyə hazırdır. Kondoqbia komandanı tərk edəcəyi gündəmdə olan Xabi Alonsoya layiqli əvəz sayılır.
Qeyd edək ki, gənc hücumçu "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi"nin də hədəfindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31