Leonardo: "Türkiyə ilə Almaniya futbol dünyasının mərkəzidir"

"Paris Sen Jermen" klubunun idman direktoru Leonardo Fransa çempionatına məhşur futbolçuların gəlməsinin çətinliklərindən və futbol dünyasının mərkəz ölkələrindən danışıb: "Biz necə İbrahimoviç və Bekhem ilə razılışa bilmişik? Əgər mən Eyfel qülləsini söz versəydim, bu, həqiqət olmazdı. Həqiqət ondadır ki, mən bəzəmirəm və cənnətdəki kimi yaşayışı söz vermirəm.
Sadəcə, futbolçuların özləri Parisə ailəsi ilə bərabər köçmək istəyirlər. Söhbət Fransa çempionatının səviyyəsindən getmir. Futbolun coğrafiyası dəyişir. Rusiya, Türkiyə, Almaniya futbol dünyasının yeni mərkəzidir. Fransa isə öz adət-ənənələrində indi-indi kənara çıxır, ancaq belə uğur qazanmaq olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31