Səs-küylü qonşunun villasını aldı

Argentinalı futbol ulduzu Lionel Messi bu dəfə fərqli bir addım atmaqla maraq dairəsinə düşüb. 
"Qafqazinfo" xəbər verir ki, İspaniyanın Kasdelldefels bölgəsində villa alan Lionelin qonşuları onu narahat edib. Səs-küylü qonşularından canını qurtarmaq istəyən Messi, onların da villasını satın alıb. Oğlu Tiyaqonun rahatlığını düşünən futbolçu əvvəlcə, qonşusu ilə öz villası arasında hündür bir divar hördürüb lakin bu da çıxış yolu olmayıb. Nəticədə argentinalı digər villanı da alaraq, məsələni həll edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31