Oyuna 10 bıçaqla girəcəkdi
16 Aprel 2013 18:07 İdmanOlaylar İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxça"nın Şükrü Saracoğlu stadiounundakı "Fənərbaxça" - "Əskişəhərspor" oyunu öncəsi araşdırma aparan polis bir şübhəlini saxlayıb. Şübhəli şəxsin üzərində axtarış aparan polis 10 ədəd qəzet kağızına bükülmüş bıçaq aşkar edib. Polisə açıqlamasında bıçaqları əgər oyunda hər hansı bir hadisə baş verərsə özünü və dostlarını qorumaq üçün gətirdiyini bildirib. Hazırda həmin şəxs polis nəzarətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31