"Barselona" Pikeni əldən buraxmaq istəmir
16 Aprel 2013 20:21 İdmanİspaniyanın "Barselona" futbol klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzatmağa qərar verib. Siasport.az saytı xəbər verir ki, katalon klubu "Barselona" ilə hazırkı müqaviləsi 2015-ci ildə başa çatacaq Jerard Pike ilə yola davam etmək fikrindədir. İspaniyanın nüfuzlu KİV-ləri belə iddia irəli sürüblər ki, klub rəhbərliyi mövsümün sonunda J.Pike ilə danışıqlar apararaq, onu daha bir neçə il katalon klubunda oynamağa razı salmağa çalışacaqlar. İspaniya mediyasının iddiasında qeyd olunur ki, "Barselona" rəhbərliyi artıq bu futbolçu ilə yeni müqavilənin detallarını hazırlayaraq hər an imzalamaq üçün zaman gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31