Raul Meireles Portuqaliyanın gündəmindədir
16 Aprel 2013 19:52 İdman"Olaylar" İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxça" klubunun üzvü Raul Meirelesin "Benfika" oyunu öncəsi verdiyi açıqlamalar Portuqaliya mediasında əks-səda doğurub. "Xüsusilə də səfərdəki oyunlar çətin keçib. "Porto"da olarkən ən yaxşı oyunlarımı "Benfika"ya qarşı oynamışam. Düşünürəm ki, mənə nifrət edirlər. Məni nə vaxt görürdülərsə dəli olurdular. "Benfika"nın meydanında xüsusi heyranlarım var. məni çox sevirlər" kimi sözləri Portuqaliya qəzetlərində yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31