Mourinyo “Çelsi”nin təklifini qəbul etməyib
16 Aprel 2013 15:35 İdman"Olaylar" İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda "Real Madrid"dən ayrılacağı iddia edilən portuqaliyalı baş məşqçi Xose Mourinyoya "Çelsi"dən təklif gəldiyi ancaq Mourinyonun bu təklifi qəbul etmədiyi bildirilib. İspan qəzetlərinin məlumatına görə, mövsümün sonunda Londona qayıdacağı xəbərləri yayılan Mourinyo keçmiş klubundan təklif alsa da bunu qəbul etmədiyi bildirilib. Portuqaliyalı baş məşqçinin eyni zamanda "Real Madrid"in prezidenti Florentina Perezlə də danışıqların davam etdiyi, ancaq Perezin də Mourinyodan ayrılmaq istəmədiyi, lakin onun əlindəki transferi məhdudlaşdırmaq istədiyi bildirilib.
Qeyd edək ki, 2003-2007-ci illərdə "Çelsi"ni çalışdıran Mourinyo o zaman klubdan ayrılmasının əsas səbəbi kimi klubun sahibi Abramoviçin onun transfer səlahiyyətlərini məhdudlaşdırmaq istəməsi olub.