Ərəblər "Barselona"nı alırlar?

Qətərin Təhsil, Elm və İctimai İnkişaf Fondu (Qatar Foundation for Education, Science and Community Development, QF) ilə İspaniyanın "Barselona" klubunun idarə heyəti arasında danışıqlar başlanıb. Milli.Az Arab News-a istinadən bildirir ki, Qətər əmiri şeyx Həmad bin Xəlifə əl Taninin göstərişi ilə 1995-ci ildə yaradılmış fond "Barselona"nın səhmlərinin 67 fazini satın alaraq kluba yiyələnmək istəyir.
"Barselona" isə satılmaq istəmir və bu təklifi qəbul etməyib. Səhmlərin satışı əvəzinə "Barselona"nın idarə heyətinin qətərlilərə uzunmüddətli əməkdaşlıq variantları təklif etdikləri bildirilir.
Danışıqlar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31