Messi bezdi...

Fulbol ulduzunu qonşuları narahat edib

Dünya futbol ulduzu Lionel Messi qonşularından bezib. ANS PRESS-in məlumatına görə, "Barselona"nın ulduzu qonşularının səs-küyündən təngə gəlib. Argentinalı ulduz evinin yanındakı qonşularının ərazilərini 1 milyon avroya satın alıb.
Məlumata görə, Messinin qonşuları kreditlərini ödəmək üçün evlərində gecə şənlikləri keçirməsi üçün kirayəyə veriblər. Səs-küydən yayınmaq üçün Messi əvvəlcə divar hördürüb. Ancaq evi kirayələyənlər dünyanın ən məşhur futbolçusunu görmək istəyiblər.
Bundan bezən Lionel Messi qonşularına xəbər göndərib "Madam krediti ödəyə bilmirsiniz, evinizi mənə satın". 1 milyon avro ilə bundan sonra Messinin ərazisi 10 min kvadratmetrə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31