Maradona siyasətdə
16 Aprel 2013 12:33 İdmanMəşhur argentinalı futbolçu Dieqo Armando Maradona Kuba lideri Fidel Kastro ilə görüşüb. "OLAYLAR"-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, görüş Kubanın paytaxtı Havanada baş tutub. Kuba Kommunist Partiyasının rəsmi orqanı olan "Qramma" qəzeti isə Maradona və Kastronun görüşünü əks etdirən şəkilləri yayıb.
Qeyd edək ki, Maradona Venesuelanın yeni seçilmiş prezidenti Nikolas Maduronun seçki kampaniyasında da iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31