"İnter" qapıçısını cəzalandırdı
15 Aprel 2013 20:54 İdman"İnter"in əsas qapıçısı olan Georgi Lomayanın son turlarda ehtiyatda oturmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, gürcü qapıçı həmyerlisi Revaz Tevdoradzeyə yerini son oyunlarda inamsız çıxışına görə verib.
Daha doğrusu, Gürcüstan yığmasının sabiq qolkiperi ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda komandanı yarımfinaldan edən səhvlərə yol verib. O, "Bakı" ilə "Şəfa" stadionunda baş tutan görüşdə xorvatiyalı Aleksandar Şoliçin və Şəhriyar Əliyevin Avropada həftənin "Top-10-luğ"una düşən qollarına mane ola bilməyib. Komandanın 1/2 finala çıxa bilməməsində əsas səbəbkarlardan biri kimi isə Lomaya görülüb.
Bu üzdən baş məşqçi Kaxaber Sxadadze pley-off mərhələsinin "Qəbələ" ilə matçında və son 2 turunda Tevdoradzeyə şans verib. Ancaq göründüyü kimi, 25 yaşlı qapıçı da "Qarabağ"la 2:3 hesabı ilə başa çatan oyunda ümidləri doğrultmayıb.