AİPS-in bayrağı Azərbaycana təqdim ediləcək

Aprelin 15-dən 19-dək Rusyianın Soçi şəhərində Dünya İdman Jurnalistləri İttifaqının - AİPS-in 76-cı konqresi keçirilir. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a verilən məlumata görə, konqresdə Azərbaycandan AİPS-in 4 üzvü iştirak edir. Gələn il AİPS-in 77-ci konqresinin Azərbaycan paytaxtında təşkil ediləcəyini nəzərə alaraq konqresdə təşkilatın bayrağının Azərbaycan nümayəndə heyətinə təqdim edilməsi gözlənilir. Tədbirin gedişində ölkəmizin gələn ilki evsahibliyi ilə bağlı təqdimatı da olacaq. Bakıda keçiriləcək 77-ci Konqres AİPS-in 90 illik yubileyinə təsadüf edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31