Bekhem qalası oldu

İngilis futbolçu karyerasını PSJ-də davam etdirəcək

Məşhur ingilis futbolçu Devid Bekhemin karyerası ilə bağlı gələcək planları məlum olub. ANS PRESS-in məlumatına görə, 37 yaşlı Devid Bekhem mövsüm başa çatdıqda komandanı tərk etməyəcək.
"Bekhem komandanı tərk etməyəcək, bu cür qərar artıq qəbul edilib", - deyə klubun idman direktoru Leonardo bildirib.
Xatırladaq ki, Devid Bekhem karyerası ərzində "Mançester Yunayted", "Real", "Milan" və "Los-Anceles Qelaksi" klublarının forma geyinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31