Cümə namazı üçün Fatih Terimin təyyarə tələbi

Cimbomlular cümə namazının keçməməsi üçün təyyarə ilə səyahət ediblər

Aprelin 12-də (Cümə günü) Türkiyənin "Qalatasaray" futbol komandasının dini həssasiyyətini əks etdirən hadisə baş verib. "Diyanethaber.com" saytının məlumatına görə, "Karabükspor"la qarşılıaşmaq üçün avtobusla bu şəhərə getməyə hazırlaşan komandanın üzvləri son anda bu planlarından vaz keçiblər. Buna səbəb cümə namazı vaxtının yolda keçəcəyi ehtimalı olub. Futbolçuların etirazını yerində görən baş məşqçi Fatih Terim komandanın idarə heyətindən təyyarə istəyib. Təyyarə tələbləri qarşılanan cimbomlular cümə namazından əvvəl Zonquldaqa çatıblar və ibadətlərini bu şəhərdə ifa ediblər. Futbolçular cümə namazından sonra Karabükə gediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31