“Fənərbaxça”nın rəqibi məlum oldu
12 Aprel 2013 18:37 İdmanOlaylar İA Türkiyə mətbuatına əsasən xəbər verir ki, "Fənərbaxça" klubunun Avropa Liqasındakı yarımfinal rəqibi məlum olub. "Fənərbaxça"nın yarımfinaldakı rəqibi "Benfika" klubudur. Yarımfinal mərhələsinin ilk oyunları 25 apreldə, cavab oyunları isə mayın 2-si keçiriləcək. Avropa Liqasının final oyunu mayın 15-də Amsterdam Arenada keçiriləcək.
Qeyd edək ki, yarımfinalın digər cütlüyü "Çelsi" - "Bazel" klublarıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31