Bekhem Messi ilə Ronaldonu müqayisə etdi
"Onlar hamıdan üstündür"
12 Aprel 2013 20:58 İdmanİspaniya mətbuatına istinadən yaydığı məlumata görə PSJ-nin yarımmüdafiəçisi Devid Bekhem "Real"ın hücumçusu Kriştiano Ronaldo və "Barselonanın" forvardı Lionel Messi arasında müqayisə aparıb. ANS PRESS-in məlumatına görə, budəfəki müqayisə, çox zaman olduğu kimi Portuqaliya millisinin futbolçusunun xeyrinə olmayıb.
"Messinin ustalığı onu unikal futbolçu adlandırmağa imkan verir. Onu hər hansı bir futbolçu ilə müqayisə etmək mümkün deyil. O və Ronaldo hamıdan üstündür. Lakin Ronaldo səviyyə baxımından bir qədər geridədir", - deyə Devid Bekhem bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31