Avropa Liqası: "Fənərbağça" yarımfinalda!

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Azərbaycanlı futbolsevərlərin daha yaxından maraqlandığı qarşılaşma İtaliyanın paytaxtı Romada keçirilib. Burda qardaş ölkə Türkiyəni təmsil edən "Fənərbağça" "Lazio"nun qonağı olub. "Sarı-lacıvərdlilər" ilk görüşü iki cavabsız qolla qalib başa vurduğu üçün, çətin səfərdə bu üstünlüyü qorumağa və yarımfinala çıxmağa borclu idi. "Olimpiko"dakı görüşdə hesabı meydan sahibləri açsa da, Türkiyə klubu buna cavab verməyi bacarıb. Nəticədə, qollu heç-heçə "Fenerbahçe"ni tarixində ilk dəfə Avropa Liqasının yarımfinal mərhələsinə çıxarıb.Bu oyunla eyni vaxtda "Benfica" "Newcastle" ilə sülh bağlayıb. Lakin portuqallar ilk oyundakı qələbəyə görə yarımfinala çıxıblar."Chelsea" ilk oyunda məğlub etdiyi "Rubin"ə səfərdə uduzsa da, bu, "zadəganlar"ın mərhələ adlamasına əngəl yaratmayıb. Maraq üçün xatırladaq ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun Avroliqa ilə vidalaşdığı bu oyunun UEFA nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədov idi."Tottenham" isə "Basel" ilə görüşüb. Bu komandaların cavab görüşü də 2:2 hesabıyla bitib. Bu üzdən əlavə vaxta ehtiyac duyulsa da, bu yarım saatda da qapılara qol vurulmayıb. Penalti zərbələrinidə gülən tərəf isə "Basel" olub.

Avropa Liqası
1/4 final (cavab oyunları)
11 aprel

Rubin (Rusiya) - Chelsea (İngiltərə) - 3:2 (İlk oyun - 1:3)
Qollar: İ.Markano, 51 - G.Karadeniz, 62, Natxo, 65-pen - Torres, 4, Moses, 55.

Newcastle (İngiltərə) - Benfica (Portuqaliya) - 1:1 (1:3)
Qollar: Sisse, 71 - Salvio, 90.

Lazio (İtaliya) - Fənərbağça (Türkiyə) - 1:1 (0:2)
Qollar: Luliç, 60 - C.Erkin, 73.

Basel (İsveçrə) - Tottenham (İngiltərə) - 2:2 (penaltilərlə 4:1) (2:2)
Qollar: Salah, 27, Draqoviç, 49 - Dempsi, 23; 82.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31