Pike: "O qolu, bəlkə, özü də vura bilərdi"
11 Aprel 2013 21:12 İdman"Axırıncı bir neçə il ərzində komandamız öz gücünü sübut etdi. Biz, yarımfinala layiq idik". Apasport.az saytının məlumatına görə, bu sözləri "Barselona"nın müdafiəçisi Xerard Pike deyib.
Təcrübəli futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ-ni 2 görüşün nəticəsinə görə üstələdikdən sonra matçı dəyərləndirib. Həmçinin Pike meydana ikinci hissədə daxil olan argentinalı hücumçu Messinin çıxışını da qiymətləndirib: "Messi planetin ən yaxşı oyunçusudur. O, bir az zədələnmişdi. Lionel hər şeyi dəyişdirməyi onsuz da bacarır. Anlayırdıq ki, onun meydanda olması böyük üstünlük idi. Həmin vaxt bizim oyunumuz qaydasına düşür. O qolu, bəlkə, özü də vura bilərdi. Çünki Messi bunu bacarır. Onun töhfəsi danılmazdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31