Argentina futbolunun əfsanəsi geri dönür
11 Aprel 2013 20:56 İdmanArgentina futbolunun canlı əfsanəsi Xuan Sebastyan Veron yenidən yaşıl meydanlara qayıtmaq fikrindədir. Publika.Az xəbər verir ki, zədəsi səbəbindən karyerasını başa vuran veteran futbolçusu bu problemdən canını qurtarsa, aktiv futbol həyatına geri dönəcəyini bildirib.
1999-2001-ci illərdə "Latsio"da ulduz parlayandan sonra "Mançester Yunayted"ə transfer olunan Veron daha sonra "Çelsi" və "İnter" kimi nəhəng klublarda forma geyinib. 2012-ci ildə "Brandsen"ə keçən təcrübəli yarımmüdafiəçi zədə səbəbindən karyerasına son qoymuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31