Nikolas Kanales yeni rekorda imza atdı STATİSTİKA
11 Aprel 2013 13:09 İdman"Neftçi" klubunun futbolçusu Nikolas Kanales Azərbaycan çempionatları tarixinə düşüb. Siasport.az saytının məlumatına görə, çilili hücumçu 1992-ci ildən start götürən ölkə birincilikləri tarixində 1 mövsümdə ən çox qol vuran legioner olub. Kanales Topaz Premyer Liqasının XXV turunun "Qarabağ" klubu ilə oyununda fərqlənməklə vurduğu qolların sayını 21-ə çatdırıb. O, bu qolla "Kəpəz"in gürcüstanlı legioneri Badri Kvaratsxeliyanı arxada qoyub.
Fevralın 23-də XXI turun "İnter" ilə oyununda qol vurmaqla aktivindəki top sayını 20-yə çatdıran Kanales sonrakı 3 matçda qol həsrəti yaşayıb. Kvaratsxeliya ilə şərikli rekordu 42 gün sürən çilili mütləq rekordunu ilk "altılığ"ın 3-cü turunda rəsmiləşdirib.
Azərbaycan çempionatında 1 mövsümə ən çox qol vuran 5 futbolçu
yer
futbolçu
klub
mövsüm
ölkəsi
oyun
qol
1
Nikolas Kanales
Neftçi (Bakı)
2012/13
Çili
25
21
2
Badri Kvaratsxeliya
Kəpəz (Gəncə)
1997/98
Gürcüstan/Azərbaycan
22
20
3
Georgi Adamiya
Qarabağ (Ağdam)
2010/11
Gürcüstan
30
18
4
Oqtay Dərəlioğlu
Xəzər Lənkəran
2004/05
Türkiyə
21
17
5
Valter Quqlemon
İnter (Bakı)
2008/09
Uruqvay
24
17