“Real Madrid” və “Borussiya” öz rekordlarını yenilədi

Futbol üzrə Çempionlar Liqasında yarımfinala yüksələn İspaniyanın "Real Madrid" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları öz rekordlarını yeniləyib. Lent.az-ın məlumatına görə, "kral klubu" "Qalatasaray"la ¼ final mərhələsinin cavab görüşünə 10 legionerlə çıxıb. Bu görüş zamanı Madrid təmsilçisinin start heyətində yalnız 1 yerli oyunçu - qapıçı Dieqo Lopes olub. İlk yarının ortalarında ona Alvaro Arbeloa da qoşulub. Arbeloa zədəli Mikael Essyeni əvəzləyib. Əvvəllər "Real Madrid"in start heyətində 8-dən çox əcnəbi olmayıb. "Borussiya" isə Çempionlar Liqasında məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb. Bu görüşlərdən 6-da baş məşqçi Yurgen Kloppun komandası qələbə, 4-dən isə heç-heçə ilə ayrılıb. Sonuncu dəfə Dortmund komandası 2011-ci il dekabrın 6-da qrup mərhələsinin Fransa "Marsel"i ilə ev oyununda uduzub - 2:3. 
Qeyd edək ki, "Real Madrid" Türkiyə "Qalatasaray"ına 2:3 hesabı ilə uduzduğu halda, ilk görüşdəki 3:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. "Borussiya" isə İspaniya "Malaqa"sı ilə ilk görüşdəki 2:2 hesablı heç-heçənin revanşında qalib gəlib - 3:2.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31