“Pele axmaq fikirlər səsləndirir”

"Pele ağzına gələni danışır, Braziliya millisi ilə bağlı axmaq-axmaq təkliflər verir". Bu sözləri əfsanəvi Braziliya futbolçusu Romario "Futbol kral"ı Pelenin milli komandanın "Korintians" klubunun bazasında yaradılması haqda fikirlərinə münasibət bildirərkən deyib.
"İnsanlar bu sözləri yalnız ona görə dinləyərlər ki, bunu Pele deyib. Mən onun fikirləri ilə razılaşa bilmərəm. O, yenə axmaq fikirlər səsləndirir. Yaxşı olardı ki, Pele ağzını yumsun, bir daha danışmasın".
Romario 1994-cü ildə Braziliya millisi ilə dünya çempionu olub. Həmin il üçün planetin ən yaxşı futbolçusu seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31