Şərhçi canlı yayımda kağız yedi VIDEO

Elman Toroğlu "Qalatasaray" klubunun rəhbərinə qəzəblənib

Futbol şərhçisi Elman Toroğlu canlı yayımda kağız yeyib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "TV 8" kanalında Unal Aysalla canlı yayıma gələn şərhçi qəzəblənib.
Şərhçi "Qalatasaray" klubunun rəhbəri Unal Aysalın Mersin matçı gecəsi verdiyi bəyanatın ardınca TFF-ni ziyarət etməsinə əsəbiləşən və "Unal Aysal verdiyi bəyanatı yedi" deyərək həmin sənədin sürətini yeyib. Hadisədən şoka düşən digər iştirakçıların israrına baxmayaraq Toroğlu bu hərəkətindən vaz keçməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31