Roberto Mançini "Old Trafford"da Aleks Fergusyonu məğlub etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun son qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, "Old Trafford" stadionunda əzəli rəqibi olan "Mançester Siti"ni qəbul edən "Mançester Yunayted", doğma azarkeşləri qarşısında məğlubiyyətə üzülüb. Olduqca gərgin və həyəcanlı keçən bu qarşılaşmada, "Mançester Siti" "qırmızı şeytanları" 2:1 hesabı ilə məğlub edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31