Mourinyo - Kasilyas: buzlar əriyir?
9 Aprel 2013 20:07 İdman"Real"ın baş məşqçisi Joze Mourinyo klubun sabiq idman direktoru Arriqo Sakkinin qapıçı İker Kasilyasın heç vaxt yaxşı məşq etməməsi barədə dediklərinə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, o qeyd edib ki, keçmiş onu heç vaxt narahat etməyib: "Mən indini və gələcəyi düşünürəm. Deyə bilərəm ki, Kasilyas nəinki yaxşı, hətta çox yaxşı məşq edir. Bu isə təkcə futbolçunun özü yox, həm də "Real" üçün yaxşıdır", - deyə Mourinyo bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31