MTN-in əməkdaşına Əməkdar məşqçi fəxri adı verildi

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Gənclər və İdman Nazirliyi tərəfindən "Universal döyüş" idman növü üzrə Əməkdar məşqçi fəxri adına layiq görülüb. Femida.az-ın məlumatına görə, bu barədə "Universal döyüş" Federasiyasının prezidenti Azər Həsənovun milli təhlükəsizlik naziri Eldar Mahmudova yazdığı məktubda bildirilib. A.Həsənov bu münasibətlə naziri təbrik edib.Femida.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31