Azərbaycan 2014 Qış Olimpiya Oyunlarına dağ xizəyi üzrə 2-ci lisenziyanı qazandı

Ötən həftə Azərbaycan idmançıları Bolqarıstanın Bansko şəhərində keçirilən dağ xizəyi üzrə çempionatda iştirak ediblər. Çempionat dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən ərazidə baş tutub.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, çempionatda iştirak edən iki Azərbaycan atleti - Patrik Brahner və Sedrik Notz müvafiq olaraq 4-cü və 23-cü yerləri tutublar. Elə həmin gün gənclər arasında keçirilən digər yarışlarda isə adıçəkilən atletlər müvafiq olaraq 6-cı və 19-cu yerləri tutublar.
Bütün yarışlar nəticəsində ortalama balına görə dağ xizəyinin slalom növü üzrə atlet Sedrik Notz Soçi 2014 Qış Olimpiya Oyunlarına lisenziya qazanmaqla bu idman növündə Azərbaycanın balansına 2-ci lisenziyanı yazıb.
Qeyd edək ki, digər atletimiz Patrik Brahner Soçi 2014 Qış Olimpiya Oyunlarına lisenziyanı 2013-cü ilin əvvəlində keçirilmiş yarışlar nəticəsində əldə etmişdi.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31