Hüseyn Bolt: “Qısa vaxtda çempion titulu qazanmaq əla göstəricidir”

Olimpiya çempionu, dünya rekordçusu ulduz atlet Hüseyn Bolt "Bavariya"nın Almaniya çempionu olması münasibəti ilə öz təbriklərini çatdırıb. Publika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yamaykalı idmançı "Bavariya" klubunu Çempionlar Liqasını da qazanmağa ən əsas namizəd hesab edir. O bildirib ki, qısa müddətdə titul qazanmaq əla göstəricidir:

"Bastian Şvaynştayqeri, bütün komandanı və məşqçini qazandığı uğurlarına görə təbrik etmək istəyirəm. Qısa zaman kəsiyində çempion titulu qazanmaq əla göstəricidir. Bastian meydanın mərkəzinə hakimlik edir, bu da komandanın motorudur. Müller, Kroos və Riberi də həmişə təhlükəlidirlər. "Bavariya"nın Çempionlar Liqasının finalına düşmək şansları daha çoxdur. Lakin "Real" da, çox güclü komandadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31