Fatih Terim “Qalatasaray”dan gedir

Olaylar İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray"ın keçmiş futbolçusu və idman şərhçisi Gökmən Özdənək şok bir açıqlama verib. Özdənək aparıcısı olduğu "Teleqol" proqramında deyib: "Qalatasaray"ın prezidenti ilə yaxın münasibəti olan bir dostum mənə belə söyləyib. Ona da prezident deyib ki, mövsümün sonunda Fatih Terim mütləq "Qalatasaray"dan gedəcək. Ünal Aysal Fatih Terimlə işləmək istəmir. Onun əvəzində Mourinyoya təklif göndəriləcək. Nə qədər pul istəsə veriləcək və 1-2 il "Qalatasaray"da işləməsi təklif olunacaq. Əgər bu alınmasa başqa təcrübəli məşqçi ilə anlaşılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31