Droqba “aslanlar”ın sirrini açıqladı

"Qalatasaray"ın hücumçusu Didye Droqba Cənubi Afrika mətbuatına müsahibəsi zamanı maraqlı məsələyə toxunub. Publika.Az-ın məlumatına görə, kot-di-varlı forvard "Qalatasaray"ın transfer strategiyası ilə bağlı sirri açıqlayıb. O, "cim-bom" rəhbərliyinin yayda ulduz futbolçu transferləri edəcəyini deyib: "Türkiyə çempionatı rəqabəti sevir. Amma biz digərlərindən çox öndə olacağıq. Çünki heyətimizə bir neçə ulduz futbolçu cəlb ediləcək. Belə bir vəziyyətdə burada olduğum üçün şanslıyam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31